Rusiyada ticarət mərkəzində təhlükəli virus aşkarlanıb – Karantin elan edilib
Rusiyanın Rostov-na-Donu şəhərində yerləşən ticarət mərkəzində Afrika donuz taunu virusu aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, virus ticarət mərkəzində satışa çıxarılan məhsullardan birində müəyyən edilib. Hadisədən sonra yerli hakimiyyət orqanları obyektin yerləşdiyi ərazidə karantin rejimi tətbiq edib.
Karantinlə bağlı müvafiq sərəncamı Rostov vilayətinin qubernatoru Yuri Slyusar imzalayıb.
Bildirilir ki, 2GIS xəritə xidmətinin məlumatına əsasən, sərəncamda göstərilən ünvanda “Rio” ticarət mərkəzi yerləşir.
Qeyd edək ki, Afrika donuz taunu əsasən ev və çöl donuzlarını yoluxduran, heyvanlar arasında yüksək ölüm göstəricisi ilə xarakterizə olunan virus xəstəliyidir. Xəstəlik insanlara yoluxmur.
23:08 18.11.2026
Oxunuş sayı: 139