Üçtərəfli sammitin iştirakçıları bəlli olub, amma Kreml adları açıqlamır
Rusiya, Çin və ABŞ arasında keçiriləcək üçtərəfli görüşdə iştirak edəcək nümayəndə heyətlərinin tərkibi müəyyənləşib. Lakin Moskva Rusiya tərəfini təmsil edəcək şəxslərin adlarını açıqlamağı məqsədəuyğun hesab etmir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərin sualını cavablandırarkən bildirib.
Jurnalistlər Rusiyanın görüşdə iştirak edəcək nümayəndələrinin adlarını açıqlamağın mümkün olub-olmadığını soruşublar.
Uşakov isə suala zarafatla belə cavab verib: “Rahatlıqla demək olar, amma olmaz. Demək olar, amma lazım deyil”.
Qeyd edək ki, Vladimir Putin, Donald Tramp və Si Cinpinin iştirakı ilə üçtərəfli görüşün noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilməsi planlaşdırılır.
21:44 18.11.2026
Oxunuş sayı: 37