Astarada ölümlə nəticələnən yol qəzası baş verib
Astarada maşın piyadanı vuraraq öldürüb.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Ojəkəran kındində baş verib.
Raman Hidayətovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil Ojəkəran kəndində hərəkətdə olan zaman piyada Tahir Qənbərovu vurub. Xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.(APA)
09:40 17.11.2026
Oxunuş sayı: 91