Ukraynanın Xarkov vilayətində partlayış baş verib
Ukraynanın şərqində yerləşən Xarkov vilayətinin Çuquyev rayonunda partlayış qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Suspilne” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə baş verən zaman Xarkov vilayətində hava hücumu xəbərdarlığı qüvvədə olub.
Partlayışın səbəbi və mümkün dağıntılar, eləcə də xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
19:00 15.11.2026
Oxunuş sayı: 132