“Microsoft” xidmətlərini bərpa edib
ABŞ-nin texnologiya şirkəti “Microsoft” qlobal miqyasda yaranmış genişmiqyaslı texniki nasazlıqdan sonra xidmətlərinin tam bərpa olunduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Noyabrın 12-də başlayan və 24 saatdan çox davam edən nasazlıq “Outlook”, “Teams”, “Copilot” və digər “Microsoft 365” məhsullarının fəaliyyətini pozub.
Problem dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının, şirkətlərin və fərdi istifadəçilərin elektron poçt, onlayn görüş və digər rəqəmsal xidmətlərdən istifadəsinə mane olub.
Şirkət noyabrın 14-də problemin əsas səbəbinin aradan qaldırıldığını və bütün təsirlənmiş regionlarda xidmətlərin bərpa edildiyini bildirib.
“Microsoft” nasazlığın serverlərlə bağlı texniki problemlərdən qaynaqlandığını, kiberhücum və ya digər zərərli fəaliyyət əlamətlərinin aşkarlanmadığını açıqlayıb.
16:35 14.11.2026
Oxunuş sayı: 133