“Mançester Siti” maliyyə pozuntularında təqsirli bilindi
İngiltərə Premyer Liqasının müstəqil komissiyası "Mançester Siti" klubunu maliyyə qaydalarının pozulması ilə bağlı ittihamların böyük hissəsi üzrə təqsirli bilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi açıqlamasında bildirilib.
Araşdırmaya əsasən, "Mançester Siti" 2009-2018-ci illər ərzində bəzi kommersiya tərəfdaşları ilə real maliyyə vəziyyətini əks etdirməyən müqavilələr bağlayıb.
Komissiyanın qənaətinə görə, klub bu müqavilələr vasitəsilə gəlirlərini olduğundan çox, xərclərini isə daha az göstərməyə çalışıb.
Nəticədə klubun maliyyə hesabatlarında real vəziyyətin düzgün əks olunmadığı və bu məlumatların auditorlardan, eləcə də futbol qurumlarından gizlədildiyi müəyyənləşdirilib.
Komissiya hesab edir ki, bu yollarla klubun gəlirləri süni şəkildə artırılıb, xərcləri isə 900 milyon funt sterlinqdən çox azaldılıb. Bununla da "Mançester Siti"nin maliyyə qaydalarına uyğun fəaliyyət göstərdiyi görüntüsü yaradılıb.
21:09 29.09.2026
Oxunuş sayı: 37