"Sumqayıt" basketbolçu Azər Əzimovla anlaşıb
"Sumqayıt" heyətinə yeni basketbolçu qatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
"Gənclik şəhəri" təmsilçisi Azər Əzimovla anlaşıb.
O, daha əvvəl "Lənkəran", "Sərhədçi" və "Gəncə" klublarında çıxış edib. A.Əzimov eyni zamanda Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarının formasını geyinib.
13:00 29.09.2026
Oxunuş sayı: 45