"Sumqayıt" klubu amerikalı basketbolçu transfer edib
"Sumqayıt" klubu amerikalı basketbolçu transfer edib.
"Gənclik şəhəri" təmsilçisindən Crossmedia.az-a verilən məlumata görə, komanda 27 yaşlı hücumçu Malek Qrinlə mövsümün sonuna qədər anlaşıb.
201 sm boya malik oyunçu son olaraq ABŞ-nin "Younqstovn Steyt" komandasında çıxış edib. Qrin bu komandada keçirdiyi son mövsümündə 10,1 xal və 5,7 ribaundla yadda qalıb.
Bundan başqa, oyunçu Lüksemburq, Vyetnam, Xorvatiya, İngiltərə və Almaniya çempionatlarında da çıxış edib.
18:08 28.09.2026
Oxunuş sayı: 35