Azərbaycan neftinin qiyməti 117 dollardan aşağı düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,54 ABŞ dolları və ya 4,53 % azalaraq 116,83 ABŞ dolları təşkil edib.
Bu barədə Crossmedia.az-a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 118,41 ABŞ dolları təşkil edib.
09:33 22.09.2026
Oxunuş sayı: 43