Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Azərbaycan Dövlət Akademik Filarmoniyasında XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, türk dövlətlərinin bəstəkarlar ittifaqının rəhbər şəxsləri, mədəni-ictimai xadimlər və digər qonaqlar iştirak ediblər.
Konsert proqramında Fuad İbrahimovun baş dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.
Proqramda Azərbaycanın görkəmli bəstəkarları ilə yanaşı, türk dövlətlərinin tanınmış musiqiçilərinin əsərlərindən parçalar səsləndirilib.
XVIII Beynəlxalq Musiqi Festivalı sentyabrın 30-dək davam edəcək.
18:52 18.09.2026
Oxunuş sayı: 41