Türkiyə hakim partiyasının sözçüsü: Can Azərbaycanın kədəri bizim kədərimizdir
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik 26 fevral- Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə "X"də yazıb.
"26 fevral, 1992-ci ildə Xocalıda qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq. Onlar heç vaxt unutmayacağıq. Can Azərbaycanın kədəri bizim kədərimizdir", - o bildirib.
15:29 26.02.2026
Oxunuş sayı: 611