Türkiyə MN Xocalı faciəsinin növbəti ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib
Türkiyə Milli Müdafiə Nazirliyi 26 Fevral- Xocalı faciəsinin növbəti ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib.
Crossmedia.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.
"1992-ci il fevralın 26-da Xocalıda baş verən vəhşi qırğının 34-cü ildönümündə soydaşlarımızı rəhmət və hörmətlə yad edir, Azərbaycan türk qardaş və bacılarımıza dərin hüznlə başsağlığı verir və hər zaman onların yanında olacağımızı bildiririk", - o bildirib.
15:18 26.02.2026
Oxunuş sayı: 662