Paşinyan: Azərbaycandan keçən dəmir yolu marşrutu açıqdır
Azərbaycandan keçən dəmir yolu ixrac marşrutu açıqdır və Ermənistan biznesmenləri bu faktı təsdiqləməlidirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Biznesimiz Azərbaycandan keçən dəmir yolu ixrac marşrutunun açıq olduğunu təsdiqləməlidir. Buna ən yüksək səviyyədə zəmanətimiz var", - deyə o vurğulayıb.
Paşinyan həmçinin Ermənistanın TRIPP sazişinin layihəsini yaxın günlərdə ABŞ-a göndərəcəyini açıqlayıb.
O bildirib ki, sənəd hökumətlər tərəfindən təsdiq edilmiş layihənin həyata keçirilməsi üçün çərçivə prinsiplərinə əsaslanacaq və bu prinsiplər də öz növbəsində 8 avqust bəyanatına əsaslanır. Təşəbbüsün texniki-iqtisadi əsaslandırılması artıq başlayıb.
18:52 11.02.2026
Oxunuş sayı: 765