Zelenski ABŞ-nin Ukrayna ilə bağlı mövqeyinə etiraz etdi
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ administrasiyasının Kiyevin tələblərini tam təmin etməyə hazır olmamasından narazılığını ifadə edib.
Crossmedia.az xəbər verir ki, “Strana.ua” bu barədə məlumat yayıb.
Zelenskinin açıqlamasına ABŞ dövlət katibi Marko Rubionun Ukrayna münaqişəsinin həlli prosesində “dalana dirənmiş vəziyyətin” yarandığını bildirməsi səbəb olub. Ukrayna lideri bu qiymətləndirmə ilə razılaşmayaraq, Rusiya tərəfi ilə danışıqlar aparıldığı halda prosesin diplomatik dalana dirəndiyini deməyin doğru olmadığını bildirib.
“Biz diplomatik dalanda deyilik”, – deyə Zelenski vurğulayıb.
Ukrayna Prezidenti əlavə edib ki, ABŞ Prezidenti Donald Trampa dəfələrlə əlavə dəstək göstərilməsi ilə bağlı müraciət edib. Onun sözlərinə görə, Tramp administrasiyasından daha fəal iştirak gözlənilir və Vaşinqton Ukraynanın tələblərinin qarşılanması üçün “daha çox iş görməlidir”.
Bundan əvvəl Rubio ABŞ-nin danışıqlar yolu ilə münaqişənin həlli istiqamətində səylərini davam etdirəcəyini, lakin irəliləyiş əldə etmək mümkün olmadığı halda “mənasız proseslərə” resurs sərf etmək niyyətində olmadığını bildirib.
Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl Moskvanın Ukraynadakı münaqişənin mümkün qədər tez və sülh yolu ilə nizamlanmasını istədiyini açıqlayıb. O, Rusiyanın təmaslara hazır olduğunu, lakin Kiyevin qarşılıqlı istəyini görmədiklərini qeyd edib.
23:51 08.10.2026
Oxunuş sayı: 62