Türkiyəyə F-35-lərin yolu hələ də bağlıdır – ABŞ-dən AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp Türkiyənin pulunu ödədiyi F-35 qırıcılarını əldə etməsini istəyir.
Crossmedia.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Yunanıstanın “Kathimerini” qəzetinə açıqlamasında bu barədə danışıb.
Rubionun sözlərinə görə, ABŞ qanunvericiliyi Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı mübahisə həll olunana qədər F-35 qırıcılarının Ankaraya təhvil verilməsinə icazə vermir.
Dövlət katibi bildirib ki, Türkiyə mövcud hüquqi məhdudiyyətlərdən xəbərdardır və problemin mümkün həlli yollarını araşdırır.
Rubio məsələnin hələ də həll olunmadığını və hazırda F-35-lərin Türkiyəyə təhvil verilməsinin qanunla qadağan edildiyini vurğulayıb.
14:23 08.10.2026
Oxunuş sayı: 45