Zelenski: Rusiya dəniz dəhlizini tam bloklamağa çalışır
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Qara dənizdəki dəniz dəhlizini tamamilə bloklamağa çalışdığını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, buna baxmayaraq, hər gün 3-4 gəmi Odessa limanlarına daxil olur və oradan çıxır. Ukrayna Pravda
Zelenski qeyd edib ki, Rusiya liman infrastrukturuna zərbələr endirsə də, hazırda dəniz nəqliyyatının tam blokadasına nail ola bilməyib.
22:18 24.08.2026
Oxunuş sayı: 48