11:13 06.11.2026
Ombudsmandan Qarabağın ekologiyası ilə bağlı mühüm açıqlama
127
İşğal dövründə Qarabağın ekoloji sisteminə, təbii sərvətlərinə, flora və faunasına vurulmuş ağır ziyan nəticəsində baş verən fəsadların aradan qaldırılması kimi mühüm humanitar məsələlər öz həllini gözləyir.
Crossmedia.az xəbər verir ki, bu fikirlər İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın 8 Noyabr – Zəfər Gününün ildönümü ilə əlaqədar bəyanatında qeyd olunub.
Bəyanatda bildirilib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixi yaddaşında milli birliyin, həmrəyliyin və Vətənə sədaqətin təcəssümü kimi xüsusi yer tutur. Bu əlamətdar gün xalqımızın öz dövlətçiliyinə, dəyərlərinə və ərazi bütövlüyünə bağlılığını nümayiş etdirən, gələcək nəsillər üçün mühüm tarixi və mənəvi əhəmiyyət daşıyan qürur mənbəyidir: