Təbiətə buraxılan pələngdən sevindirici xəbər gəldi
Rusiyadan Qazaxıstana göndərilən Ümid adlı Amur pələnginin müstəqil həyata uyğunlaşması uğurla davam edir.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir ki, Qazaxıstan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı və Heyvanlar Aləmi Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, pələng artıq canavar və qaban ovlayaraq qidalanıb.
Mütəxəssislər pələngin hərəkətlərini GPS yaxalığı vasitəsilə izləyir və onun təbiətə uyğunlaşma prosesinə nəzarət edirlər.
19:06 20.08.2026
Oxunuş sayı: 48