Duş liflərini hamamda saxlamayın, çünki...
Hər gün bədəninizi təmizləmək üçün istifadə etdiyiniz hamam lifi, əslində, düşündüyünüz qədər zərərsiz deyil. Lifin istifadədən sonra hamam otağında saxlanılması, müalicəsi çətin olan dəri infeksiyalarına yol aça bilər. Liflərinizi hamam otağından çıxarın.
Crossmedia.az xəbər verir ki, bu barədə "Sözcü" qəzeti məlumat yayıb.
Dermatoloqlar və mikrobioloqlar qeyd ediblər ki, rütubətli mühitdə qalan liflər tez bir zamanda təhlükəli bakteriya və göbələklərin çoxalma mənbəyinə çevrilir.
Duş qəbulu zamanı bədəndən təmizlənən ölü dəri hüceyrələri lifin məsaməli quruluşunda ilişib qalır. Vanna otağındakı yüksək rütubət və istiliklə birləşən bu üzvi qalıqlar, mikroorqanizmlərin çoxalması üçün ideal bir mühit yaradır.
Mövzu ilə bağlı fikirlərini bölüşən amerikalı dermatoloq Dr. Melissa Pilianq duş lifləri ilə əlaqəli gigiyenik risklərə diqqət çəkərək, bunları qeyd etdi:
Duş lifləri məsaməli quruluşlarına görə ölü dəri hüceyrələrini və çirki özündə saxlayır. Lifi vanna otağının isti və rütubətli mühitdə qoyduqda, bu qalıqlar bakteriya və göbələklər üçün əsl ziyafətə çevrilir. Növbəti gün həmin liflə bədəninizi yuyarkən, toplanmış bu mikrobları birbaşa dərinizə, xüsusilə də təraşdan sonra yaranan mikroskopik kəsik və cızıqlara keçirmiş olursunuz.
Bu bakteriyaların dəri ilə təması müxtəlif sağlamlıq problemlərinə, o cümlədən saç follikullarının iltihabına, bədəndə davamlı sızanaqlara, göbələk infeksiyalarına, eləcə də həssas dərisi olan insanlarda ekzemanın kəskinləşməsinə səbəb ola bilər.
07:31 19.11.2026
Oxunuş sayı: 74