Azərbaycanda yeni AGENTLİKLƏ bağlı mühüm qərar
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geodeziya və Kartoqrafiya Agentliyi haqqında əsasnamə təsdiq edilib.
Crossmedia.az-ın məlumatına görə, bununla bağlı nazirliyin kollegiyası qərar qəbul edib.
Əsasnaməyə əsasən Agentliyin fəaliyyət istiqamətləri müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında, dövlət nəzarətinin və əlaqələndirmənin həyata keçirilməsinin təmin edilməsində iştirak etmək, müvafiq sahənin inkişafını təmin etməkdir.
Həmçinin müvafiq sahə üzrə dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərini və coğrafi adlar üzrə kataloqlar yaratmaq, coğrafi obyektlərin uçotunu aparmaq, coğrafi xəritələri yeniləmək və bu sahədə fəaliyyətin təşkilinə dair müvafiq tədbirlər görməkdir.
12:26 20.08.2026
Oxunuş sayı: 49