Meşələr qəsdən yandırılır – Livandan İsrailə qarşı ağır ittiham
Livandakı yanğınsöndürənlər, yerli sakinlər və ekoloji təşkilatlar İsrail hərbçilərini ölkənin cənubundakı meşə və kənd təsərrüfatı ərazilərini qəsdən yandırmaqda ittiham edirlər.
Crossmedia.az xəbər verir ki, “The Guardian”ın məlumatına görə, bölgə sakinləri və təbiəti mühafizə qurumları baş verən yanğınların məqsədli şəkildə törədildiyini iddia edirlər.
İddialara əsasən, Livanın cənubunda geniş əraziləri əhatə edən yanğınlar meşələrə və əkin sahələrinə ciddi ziyan vurub. İsrail tərəfi ilə bağlı bu ittihamlar barədə əlavə açıqlama verilməyib.
21:06 13.08.2026
Oxunuş sayı: 44