CROSSMEDIA - Analitik İnformasiya Portalı

Texnologiya

13:44 02.02.2026

Azərbaycanda süni intellekt etikası üzrə məsləhət şurasının yaradılması zəruridir – Ekspert

503

“Süni intellekt artıq təkcə texnoloji yenilik deyil, eyni zamanda etik, hüquqi və sosial nəticələri olan strateji sahəyə çevrilib. Xüsusilə səhiyyə, təhsil və hüquq kimi həssas sahələrdə qərarların alqoritmlər vasitəsilə verilməsi ictimai etimad, məlumatların qorunması, şəffaflıq və məsuliyyət məsələlərini ön plana çıxarır”. Azərbaycanda süni intellekt etikası üzrə məsləhət şurasının yaradılması bu sahədə mövcud boşluqların aradan qaldırılmasına xidmət edə bilər. Belə bir şura qlobal təcrübəni kor-koranə tətbiq etmək yox, beynəlxalq standartları yerli hüquqi mühitə, milli dəyərlərə və cəmiyyətin gözləntilərinə uyğunlaşdırmaq üçün mühüm platforma rolunu oynaya bilər. Ən vacib məqamlardan biri isə süni intellektə olan ictimai etimadın gücləndirilməsidir”. Q. Bəylərov vurğulayıb ki, etik çərçivələr innovasiyanın qarşısını alan mexanizmə çevrilməməlidir: “Əsas məqsəd süni intellekti təhlükəsiz, şəffaf və insan mərkəzli şəkildə inkişaf etdirməkdir. Əgər bu prosesə dövlət qurumları ilə yanaşı, universitetlər, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti də cəlb olunarsa, nəticədə həm praktik, həm də cəmiyyət üçün qəbul edilən qərarlar ortaya çıxa bilər. Belə bir məsləhət şurası süni intellektlə bağlı potensial riskləri qabaqcadan müəyyənləşdirmək və eyni zamanda bu texnologiyanın imkanlarından daha səmərəli istifadə etmək baxımından Azərbaycan üçün vacibdir".

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR