“Apple” öz cihazları üçün yeniləməni təqdim edib
“Apple” öz cihazları üçün iOS 26.3 yeniləməsini təqdim edib. Yeniləmə ilə istifadəçilər artıq aşağıdakı yeniliklərdən isttifadə edə biləcəklər.
1. Androidə keçid: İstifadəçilər “iPhone”dakı foto, video, mesaj və qeydləri kablosuz olaraq Android cihazına köçürə biləcəklər.
2. Şəbəkələrdə gizlilik: Operatorlar istifadəçinin tam ünvanını deyil, yalnız yerləşdiyi məhəlləni görə biləcək.
3. Avropa Birliyinə xüsusi aksesuar dəstəyi: AB qaydalarına əsasən, “iPhone” bildirişləri artıq yalnız “Apple Watch”a deyil, həm də üçüncü tərəf geyilə bilən cihazlara göndərilə bilər.
4. Divar kağızı və mesajlaşma yenilikləri: Divar kağızı bölmələri yenidən tənzimlənib, RCS mesajlaşma üçün yeni şifrələmə hazırlanır.
08:19 11.02.2026
Oxunuş sayı: 422