Sankt-Peterburq metrosunda sərnişin relslərin üzərinə düşüb
Rusiyanın Sankt-Peterburq şəhərində metro sərnişini platformadan relslərin üzərinə yıxılıb. Hadisədən sonra kişi xilas edilərək tibbi yardım göstərilməsi üçün həkimlərə təhvil verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşri məlumat yayıb.
Hadisə metronun “Prospekt Bolşevikov” stansiyasında baş verib. Kişinin hansı şəraitdə platformadan yıxıldığı açıqlanmayıb.
Məlumata görə, sərnişin qısa müddət ərzində relslərdən çıxarılaraq platformaya qaldırılıb və hadisə yerinə gələn tibb işçilərinə təhvil verilib.
Hadisə metro xəttində qatarların hərəkətinə təsir göstərməyib.
Qeyd edək ki, bundan əvvəl Moskvada metro relslərinə düşən bir kişi qatarların hərəkətində ciddi fasilələrə səbəb olmuşdu.
21:25 20.11.2026
Oxunuş sayı: 104