Kriptovalyuta bazarında kəskin eniş — YENİLƏNİB
Dünyanın ən böyük kriptovalyutası olan Bitkoinin qiyməti noyabrın 20-də 59 200 dollar səviyyəsinə qədər geriləyib. Bu, iyul ayından bəri qeydə alınan ən aşağı göstəricidir.
Crossmedia.az xəbər verir ki, “Reuters”in məlumatına görə, ucuzlaşmaya texnologiya şirkətlərinin səhmlərindəki eniş və investorların riskli aktivlərdən uzaqlaşması təsir göstərib.
Qeyd edək ki, kriptovalyuta son bir həftə ərzində təxminən 14 faiz dəyər itirib.
20-49
Dünyanın ən böyük kriptovalyutası olan Bitkoinin qiyməti 2026-cı il noyabrın 20-də 60 min dollar həddindən aşağı enib. Bu, iyul ayından bəri qeydə alınan ən aşağı göstəricidir.
Crossmedia.az xarici xəbər verir ki, ticarət zamanı Bitkoinin qiyməti 59 381 dollara qədər geriləyib.
Qiymət enişi qlobal maliyyə bazarlarında riskli aktivlərə marağın azalması, texnologiya şirkətlərinin səhmlərindəki satışlar və ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini yenidən artıracağı ilə bağlı gözləntilərlə əlaqələndirilir.
Bundan başqa, ABŞ-də fəaliyyət göstərən spot Bitcoin birja fondlarından (ETF) böyük həcmdə vəsait çıxarılması da kriptovalyutaya təzyiqi artırıb. Noyabrın 19-da bu fondlardan xalis vəsait axını 582 milyon dolları ötüb.
Analitiklərin fikrincə, investorların riskli aktivlərdən uzaqlaşması və bazarda qeyri-müəyyənliyin artması kriptovalyutaların dəyərinə mənfi təsir göstərir.
Qeyd edək ki, Bitkoin son bir ay ərzində təxminən 25 faiz ucuzlaşıb. Kriptovalyuta bazarında baş verən eniş digər rəqəmsal aktivlərin qiymətlərinə də təsir edib.
21:37 20.11.2026
Oxunuş sayı: 122