Bu ölkədə bəylə gəlinə 3 gün tualet qadağası qoyulub
İndoneziyada yaşayan Tidung icmasına aid edilən qeyri-adi evlilik ənənəsinə görə, yeni evlənən cütlüklərə üç gün ərzində tualetə getmək, çimmək və evdən çıxmaq qadağan olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə “Son Dakika” məlumat yayıb.
Məlumata görə, Şimali Kalimantan bölgəsində yaşayan Tidung icmasının ənənəvi inanclarına əsasən, nikahdan sonra gəlin və bəy üç gün ərzində müəyyən qaydalara əməl etməlidir. İnanılır ki, bu qadağalar cütlüyü boşanma, xəyanət və uğursuzluqlardan qoruyaraq uzun və xoşbəxt ailə həyatı təmin edir.
Ənənəyə görə, həmin müddətdə ailə üzvləri yeni evlənənləri nəzarətdə saxlayır və qaydaların pozulmamasına çalışırlar.
Qadağaya əməl etməyi asanlaşdırmaq üçün cütlüklərin üç gün ərzində adi vaxtdan daha az qida qəbul etdiyi və maye içdiyi bildirilir.
İnanclara görə, bu ənənə həmçinin gələcəkdə uşaqların erkən yaşda itirilməsi kimi faciələrin qarşısını almağa xidmət edir.
Bununla belə, uzun müddət tualet ehtiyacını saxlamaq və maye qəbulunu azaltmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Bu səbəbdən tətbiq tibbi baxımdan təhlükəsiz hesab edilmir.
23:45 20.11.2026
Oxunuş sayı: 68