Tramp Rusiya-Ukrayna müharibəsini bu tarixdə bitirməyi planlaşdırır
ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Avropa İttifaqı nümayəndələrinə Kiyevin Rusiya ilə sülh sazişini yanvarın əvvəlinədək imzalamasını gözlədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.
Məlumata görə, Vaşinqton razılaşmanın ABŞ Konqresində demokratların nəzarəti ələ almasından əvvəl əldə olunmasına çalışır.
“Washington Post”un məlumatına görə, Tramp Çin səfərindən və Vladimir Putinlə danışıqlardan sonra Avropa liderlərinə və Volodimir Zelenskiyə zəng edərək sülh sazişinin bağlanmasına çağırıb.
Nəşrin məlumatına əsasən, ABŞ danışıqlarında Ukraynanın ərazi güzəştləri müqabilində NATO-ya üzvlüyü məsələsi də müzakirə olunur.
22:33 20.11.2026
Oxunuş sayı: 85