Si Cinpin Trampı niyə şəxsən qarşıladı? — Səbəb bəlli oldu
Çin lideri Si Cinpinin ABŞ Prezidenti Donald Trampı hava limanında şəxsən qarşılaması, Rusiya Prezidenti Vladimir Putinlə görüşlərində isə belə addım atmaması diplomatik protokolla izah olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə “DW” telekanalının efirində çıxış edən çinşünas Aleksey Çiqadayev bildirib.
Ekspertin sözlərinə görə, Putin və Si Cinpin indiyədək təxminən 50 dəfə görüşüblər, lakin onların heç biri digərini təyyarənin trapında qarşılamayıb. Çünki bu, diplomatik protokolda nəzərdə tutulmayıb.
Çiqadayev qeyd edib ki, vəziyyətə Donald Tramp təsir edib. Belə ki, Tramp Si Cinpinin ABŞ-yə dövlət səfəri zamanı diplomatik protokoldan kənara çıxaraq onu şəxsən qarşılayıb. Buna görə də qarşılıqlılıq prinsipinə uyğun olaraq Çin lideri də Trampı təyyarənin yanında qarşılayıb.
Berlin Karnegi Mərkəzinin direktoru Aleksandr Qabuyev də bu fikirlə razılaşıb. O bildirib ki, Si Cinpinin addımı Trampın əvvəlki jestinə qarşılıq olaraq göstərilən nəzakət nümunəsidir.
22:10 20.11.2026
Oxunuş sayı: 79