Zelenski Avropa nümayəndələrini Moskvaya getməməyə çağırıb
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrinin nümayəndələrinin Rusiya paytaxtına səfər etməsinin əleyhinə çıxış edib. O, Rusiya ilə danışıqların neytral ölkədə keçirilməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Deutsche Welle”yə istinadən məlumat yayıb.
Zelenski Berlin sammiti çərçivəsində bildirib ki, Avropa rəsmilərinin Moskvaya səfəri məqsədəuyğun deyil. Onun fikrincə, üçüncü ölkədə keçiriləcək görüş tərəflərin dialoqa hazırlığını nümayiş etdirə bilər.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Avropa İttifaqı nümayəndələrini Moskvaya dəvət etdiyini açıqlamışdı. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə Fransa, Almaniya və Böyük Britaniya nümayəndələrinin mümkün səfərinin müzakirə edildiyini bildirmişdi.
22:03 20.11.2026
Oxunuş sayı: 73