Keçmiş deputat: Ukrayna Donbas müqabilində NATO-ya üzv ola bilməz
Ukraynanın Donbasdan qoşunlarını çıxarması müqabilində NATO-ya üzvlük əldə edəcəyi ilə bağlı iddialar keçmiş deputat Spiridon Kiliinkarov tərəfindən şübhə altına alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşri məlumat yayıb.
Kiliinkarov bildirib ki, Donbasın NATO üzvlüyü ilə dəyişdirilməsi variantı sülh danışıqlarında müzakirə olunmayıb.
Onun fikrincə, bu məlumat ABŞ-nin real mövqeyini əks etdirməyən informasiya iddiasıdır.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl ABŞ-nin danışıqlar zamanı Ukraynanın Donbasdan qoşunlarını çıxarması müqabilində NATO-ya üzvlük məsələsini gündəmə gətirdiyini bildirmişdi. Zelenski belə bir təklifin NATO müttəfiqləri tərəfindən təsdiqlənəcəyi təqdirdə, bu məsələdə cəmiyyətin rəyinin öyrənilməli olduğunu vurğulamışdı.
21:55 20.11.2026
Oxunuş sayı: 75