Aİ Ukraynaya silah alınması üçün 1 milyard avro ayırıb
Avropa İttifaqı Ukrayna üçün yeni silah müqavilələrinin maliyyələşdirilməsinə Avropa Sülh Fondundan 1 milyard avro ayırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Aİ Şurasının məlumatında bildirilib.
Vəsait pilotsuz uçuş aparatlarının, hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərinin, eləcə də sursatların alınmasına yönəldiləcək.
Qeyd edək ki, bu, 2024-cü ildən bəri Aİ-nin Avropa Sülh Fondu vasitəsilə Ukrayna üçün yeni silah müqavilələrinə ayırdığı ilk maliyyə vəsaitidir.
21:49 20.11.2026
Oxunuş sayı: 86