Necati Şaşmazın dəyişimi diqqət çəkib – FOTO
“Kurtlar Vadisi” serialında Polat Alemdar obrazı ilə tanınan aktyor Necati Şaşmaz uzun müddət sonra ictimaiyyət qarşısına çıxıb. Onun son görüntüləri sosial şəbəkələrdə diqqət çəkib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” nəşri məlumat yayıb.
Aktyor Türkiyənin milli təhsil naziri Yusuf Tekinin qızı Nihan Elif Tekinlə Mehmet Kılıçın Ankarada keçirilən toy mərasimində iştirak edib.
Mərasimə siyasət, idman və iş dünyasından bir sıra tanınmış şəxslər qatılıb. Tədbirdə “Fənərbağça” klubunun keçmiş prezidenti Ali Koç, Necati Şaşmaz və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının baş müşaviri Eyüp Yıldız da bir araya gəlib. Onların birlikdə çəkilən fotosu sosial mediada maraq doğurub.
Uzun müddətdir ictimai tədbirlərdə görünməyən Şaşmazın xarici görünüşündəki dəyişiklik, xüsusilə əvvəlki görüntüləri ilə müqayisədə kökəlməsi müzakirələrə səbəb olub.
Fotonu təqdim edirik:

23:59 20.11.2026
Oxunuş sayı: 60