ABŞ-nin qərarından ehtiyat edən Avropa liderləri hərəkətə keçib
Fransa, Almaniya və Böyük Britaniya Ukrayna məsələsi ilə bağlı ayrıca danışıqlar formatı üzərində çalışır.
Crossmedia.az xəbər verir ki, “The New York Times”ın məlumatına görə, Avropa ölkələri ABŞ-nin əsas razılaşmalardan kənarda qala biləcəkləri ehtimalından narahatdır.
Məlumata əsasən, Paris, Berlin və London Ukrayna ilə bağlı gələcək diplomatik proseslərdə Avropanın rolunu qorumaq və mövqelərini gücləndirmək məqsədilə yeni format üzərində işləyirlər.
Avropa ölkələri ABŞ-nin mümkün qərarlarının regionun təhlükəsizlik məsələlərinə təsir göstərə biləcəyini nəzərə alaraq, alternativ danışıqlar mexanizmləri axtarırlar.
20:20 15.08.2026
Oxunuş sayı: 48