Cənubi Koreya Prezidenti KXDR ilə dinc birgəyaşayışa çağırıb
Cənubi Koreya Prezidenti Li Çje Myon KXDR ilə sülh şəraitində birgəyaşayışın vacibliyini vurğulayıb.
Crossmedia.az xəbər verir ki, Cənubi Koreya Prezident Administrasiyası dövlət başçısının bu barədə açıqlamasını yayıb.
Li Çje Myon bildirib ki, dünyanın digər bölgəsində baş verən müharibənin vətəndaşların həyatına təsirlərini yaxşı anlayırlar və Koreya yarımadasında gərginlik və münaqişənin qiymətinin daha ağır olacağını qeyd edib. O, daha əvvəl KXDR-də mövcud siyasi sistemi qəbul etməyə və Koreya yarımadasını güc yolu ilə birləşdirməyə çalışmamağa hazır olduğunu bəyan etdiyini xatırladıb.
15:42 15.08.2026
Oxunuş sayı: 38