KİV: Bu ölkələr Ukrayna danışıqlarından kənarda qalmaqdan narahatdır
Avropada Ukrayna üzrə danışıqların alternativ formatının hazırlanması istiqamətində iş aparılır.
Crossmedia.az xəbər verir ki, “The New York Times” avropalı rəsmilərə istinadən bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Fransa, Almaniya və Böyük Britaniya Donald Tramp administrasiyasının onları danışıqlar prosesindən kənarda saxlaya biləcəyindən ehtiyat edir. Avropalı rəsmilər hesab edirlər ki, Ukraynada nizamlanma və Rusiya ilə münasibətlər Avropa üçün ABŞ-dan asılı olacaq qədər vacib məsələlərdir.
14:38 15.08.2026
Oxunuş sayı: 48