İran ABŞ ilə danışıqları bərpa etmək barədə qərar verməyib
İranın ABŞ ilə danışıqları bərpa edib-etməyəcəyi hələlik məlum deyil.
Crossmedia.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu barədə ISNA-ya açıqlamasında məlumat verib.
Əraqçinin sözlərinə görə, Qətər və Pakistan vasitəçi kimi Tehranla əlaqə saxlayır və tərəflər arasında mesaj mübadiləsi aparılır. Nazir bunun isə ABŞ ilə danışıqların aparıldığı anlamına gəlmədiyini vurğulayıb.
10:38 15.08.2026
Oxunuş sayı: 57