UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB
"Qarabağ" UEFA Konfrans Liqasında pley-offa yüksəlib.
Crossmedia.az xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 12-ci dəqiqədə Jali Muaddib və 69-cu dəqiqədə Aleksey Kaşuk vurub.
Ümumi hesabda rəqibini 2:1 üstələyən "Qarabağ" adını pley-offa yazdırıb.
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. Niderland klubu ilk görüşdə rəqibini darmadağın edib - 6:0.
20:01
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) matçı üçün heyətlər bəlli olub.
Crossmedia.az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matça aşağıdakı heyətlə çıxacaqlar:
“Qarabağ”: Martin Zlomisliç, Mateus Silva, Bende Verkonyi, Bədavi Hüseynov (k), Elvin Cəfərquliyev, Pedro Bikalyo, Marko Yankoviç, Kadi Borges, Jali Muaddib, Kaşuk, Zubir.
Ehtiyat heyət: Şahruddin Məhəmmədəliyev, Mateuş Koxalski, Bruno Lanqa, Joni Montiel, Bəhlul Mustafazadə, Musa Qurbanlı, Renaldo Sefas, Hikmət Cəbrayılzadə, Əli Bəşirov, Samuel Lobato.
"Dinamo": Surkis, Dubinçak (k), Mıxavko, Bilovar, Sych, Rubçinski, Brajko, Reduşko, Lonveyk, Gerrero, Ponomarenko.
Ehtiyat heyət: Olxovıy, Şaparenko, Liusin, Oqundana, Tımçik, Kabayev, Malış, Buyalski, Tiare, Mixaylenko, Mounqenqe.
***
"Qarabağ" - "Dinamo" qarşılaşması start götürdü.
22:05 13.08.2026
Oxunuş sayı: 290