Rusiyada miqrant ailələrinə məhdudiyyət təklif edildi
Rusiya Dövlət Dumasında işləməyən və təhsil almayan miqrant ailə üzvlərinin ölkədə yaşamaq hüququnun məhdudlaşdırılması təklif edilib.
Crossmedia.az xəbər verir ki, Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin birinci sədr müavini Andrey Luqovoy bu barədə açıqlama verib.
Onun sözlərinə görə, Rusiyada əcnəbi vətəndaşların sayına da limit qoyulmalıdır: 2027-ci ilin sonunadək 5 milyon, 2028-ci ilin sonunadək 4 milyon, 2030-cu ilədək isə 3 milyon nəfər.
Luqovoy həmçinin 2030-cu ilədək bir sıra sahələrdə xarici işçi qüvvəsinin yol verilən payının 10 faizə endirilməsini təklif edib.
11:35 13.08.2026
Oxunuş sayı: 59