Türkiyə-Azərbaycan Universitetinin rektoru yüksəkballı abituriyentlərlə görüşüb
Avqustun 7-də Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru Nəcibə Nəsibova qəbul imtahanlarından yüksək bal toplamış abituriyentlərlə görüşüb.
Crossmedia.az bu barədə TAU-ya istinadən xəbər verir ki, abituriyentlərdən biri Bakı şəhəri Xətai rayonu 257 saylı tam orta məktəbin şagirdi Fatimə Hacıməmmədli I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 667.5 bal toplayıb.
Abituriyent TAU-da İstanbul Texniki Universitetinin (İTÜ) proqramı əsasında tədris edilən sənaye mühəndisliyi ixtisasını seçməkdə qərarlıdır.
Digər abituriyent Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin (FRİTL) şagirdi Hüseyn Məmmədov I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 610 bal toplayıb. Abituriyent TAU-da Orta Doğu Texniki Universitetinin (ODTÜ) proqramı əsasında tədris edilən kompüter mühəndisliyi ixtisasını seçməkdə qərarlıdır.
Rektor qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentləri təbrik edib və onlara uğurlar arzulayıb.
19:28 07.08.2026
Oxunuş sayı: 53