Mədəniyyət

Adil Kərimli Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib

"İtaliyaya səfəri çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, eyni zamanda, mədəniyyət və incəsənət nümayəndələri Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət ediblər".

Bu barədə Crossmedia.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, Azərbaycan nümayəndə heyəti abidənin önünə gül dəstələri düzüb.

Qeyd edək ki, bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılıb. Həmin Sərəncama əsasən Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub. Abidənin müəllifləri Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevdir.

13:57 19.12.2024

Oxunuş sayı: 4341

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR