Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb
Nizami Kino Mərkəzinin direktoru dəyişib.
Crossmedia.az xəbər verir ki, Əli-səttar Quliyev müqaviləsinin müddəti başa çatdığı üçün vəzifəsindən ayrılıb.
Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat təsdiq olunub.
Qeyd olunub ki, Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, hazırda Kino Mərkəzinin direktorunun səlahiyyətlərini Turan Məmmədli icra edir. (Report)
11:48 27.04.2026
Oxunuş sayı: 44