Parisdə Azərbaycana aid sərgi təşkil olunub
Fransanın paytaxtı Parisdə Azərbaycana aid sərgi təşkil olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyi məlumat yayıb.
"Parisdə Azərbaycan mədəniyyətinin qəlbinə səyahət edilib", - məlumatda qeyd olunub.
Bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzinin muzeyinə özəl ziyarət ölkənin ənənələri, tarixi və incəsənəti ilə tanış olmağa imkan yaradıb.
20:41 15.04.2026
Oxunuş sayı: 50