Rasim Balayevin oğlu danışdı: Bu, sözün bitdiyi andır
Atamın ölümü ailəmiz üçün sözün bitdiyi andır.
Crossmedia.az xəbər verir ki, bu fikri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı binasında təşkil olunan vida mərasimi zamanı mərhum Rasim Balayevin oğlu Ülvi Balayev bildirib.
O, atası ilə fəxr etdiyini qeyd edib.
Qeyd edək ki, mərhumun nəşi ötən gecə Vətənə gətirilib. Vida mərasimindən sonra Rasim Balayev Birinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Xalq artisti Rasim Balayev Azərbaycan kino və teatr sənətində yaratdığı unudulmaz obrazlarla yaddaşlarda əbədi yaşayacaq.
Elmir Heydərli
13:38 30.03.2026
Oxunuş sayı: 64