Nazir müavini: Azərbaycan kinosu, teatrı Rasim Balayevin vəfatı ilə böyük zərbə aldı
Azərbaycan kinosu, teatrı Rasim Balayevin vəfatı ilə böyük zərbə aldı.
Crossmedia.az xəbər verir ki, bu fikri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı binasında təşkil olunan vida mərasimi zamanı Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Səadət Yusofova deyib.
O, xalq artistinin yaradıcılığının olduqca geniş olduğunu və bunun heç zaman unudulmayacağını qeyd edib.
Qeyd edək ki, mərhumun nəşi ötən gecə Vətənə gətirilib. Vida mərasimindən sonra Rasim Balayev Birinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Xalq artisti Rasim Balayev Azərbaycan kino və teatr sənətində yaratdığı unudulmaz obrazlarla yaddaşlarda əbədi yaşayacaq.
Elmir
13:22 30.03.2026
Oxunuş sayı: 56