Folklor İnstitutunun illik hesabatı
AMEA Folklor İnstitutunun Elmi şurasının hesabat iclası keçirilib.
Crossmedia.az bu barədə instituta istinadən bildirib. İclasda Folklor İnstitutunun direktoru vəzifəsini icra edən dosent Afaq Ramazanova 2024-cü ildə təşkil olunmuş tədbirlər, işıq üzü görən yeni nəşrlər barədə məlumat verib.
Qeyd edilib ki, 2024-cü ildə Folklor İnstitutunda “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri” istiqamətində 4 problem, 9 mövzu, 68 iş əsasında tədqiqatlar aparılıb. Cari ildə 53 iş tamamlanıb. Ümumilikdə il ərzində 4-ü xaricdə olmaqla 36 kitab və monoqrafiya, 54-ü xaricdə olmaqla 300-dən çox məqalə çap olunub. İnstitut əməkdaşlarından 1 nəfər elmlər doktoru, 2 nəfər fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb, 3 nəfər dosent elmi adı alıb.
Afaq Ramazanova 2024-cü ildə Folklor İnstitutunun təşkilatçılığı ilə 1 beynəlxalq konfrans, 1 beynəlxalq konqres, 4-ü respublika səviyyəli olmaqla 5 elmi konfrans, 1 elmi seminar, 1 elmi sessiya, 1 dəyirmi masa, 5 təqdimat mərasimi, 2 elmi-populyar tədbirin keçirildiyini diqqətə çatdırıb.
Bildirilib ki, 2024-cü il ərzində “Dədə Qorqud” jurnalının I, II və III nömrələrinə və “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalının I nömrəsinə DOİ indeksi alınıb.
Hesabatda institut əməkdaşlarının elmin populyarlaşdırılması istiqamətində fəaliyyətindən və elmmetrik bazalardakı göstəricilərindən də bəhs olunub. “Scopus” və “Web of Science” bazalarında institutun 17 əməkdaşının təmsil olunduğu vurğulanıb.
İnstitutun 2024-cü il üzrə elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatı qənaətbəxş sayılaraq yekdilliklə qəbul olunub.
18:22 09.12.2024
Oxunuş sayı: 6639