İçərisində sevgi olmayan kitablar da oxucunu cəlb edə bilər - Vahid Əziz
Bəzən insanlar belə düşünür: “Əgər kitabda iki insanın sevgisi yoxdursa, nəyə lazımdır onu oxumaq?”
Hətta deyirlər ki, içində sevgi olmayan əsərlər sanki boş və maraqsızdır. Amma əslində bu, tam doğru deyil. Əsərin marağı yalnız romantikadan ibarət deyil.
Bəzən kriminal hekayələr, macəra, tarixi və ya psixoloji mövzular oxucunu o qədər cəlb edə bilər ki, o əsərdə sevgi elementini heç axtarmaz.
Hətta bəzən oxucular romantik elementlər olmadığında əsəri “soyuq” və ya “heç nə verməyən” hesab edirlər. Amma əslində müəllifin obrazları dərin, hadisələri inandırıcı və hekayəsi emosionaldırsa, oxucu hekayəyə bağlanır.
Yəni, sevgi hər zaman əsərin əsas kriteriyası deyil – əsas olan oxucuda hiss yaratmaq, düşüncə oyatmaq və maraq saxlamaqdır.
Demək olar ki, romantik olmayan əsərlərin də öz aləmi var və onlar oxucular üçün bəzən daha dərin və düşündürücü olur. İçərisində sevgi olmayan kitablar da bəzən ən çox yadda qalanlar olur, sadəcə oxucu onları fərqli cür dəyərləndirir.
Xalq şairi Vahid Əziz Crossmedia.az-a açıqlamasında deyib:
“Müxtəlif yazı janrları var. Məsələn, Amerikali yazıçı Ernest Heminqueyin “Qoca və dəniz” əsərlərində obrazlar çox ətraflı işlənib. Oxucu bəzən sadəcə sevgi hekayəsi oxumaq istəyir və bilir ki, bu uydurmadır, amma müəllif bunu həqiqət hissi ilə təqdim edir. Mənim fikrimcə, əsas olan oxucu ilə yazı arasındakı emosional bağdır”.
Fatimə
13:30 27.03.2026
Oxunuş sayı: 226