Adil Kərimli: Milli mədəniyyətin hüquqa təsiri önəmlidir
Mədəniyyət sahəsində çoxşaxəli sistemli fəaliyyət həyata keçirilir.
Crossmedia.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Bakıda keçirilən "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycan mədəniyyəti zəngin tarixə malikdir:
"Azərbaycan dövləti müasir çağırışlara uyğun olaraq mədəniyyətə yeni baxış ifadə edib. "Azərbaycan Mədəniyyəti-2040" Konsepsiyası bizim üçün vacibdir. Bu sənəd təkcə nazirliyə yox, bütün cəmiyyətə aiddir. Ən vacibi odur ki, Azərbaycanda mədəniyyətə fərqli bir baxış ortaya qoyulub və mədəniyyət daha geniş bir məfhum kimi təqdim olunur".
Nazir həmçinin bildirib ki, bu gün mədəniyyət geniş anlamda sosial fenomen kimi götürülür:
"Mədəniyyət və hüququn qarşılıqlı əlaqəsi var. Hüquq mədəniyyət hadisəsidir. Hüququn mənbəyi Azərbaycan mədəniyyətidir. Milli mədəniyyətin hüquqa təsiri də önəmlidir. Hüququn işlək olması Azərbaycanın sosial mühitinə, milli mədəniyyətinə, dəyərlərinə uyğun götürülməsindən asılıdır. Bu normayaratma fəaliyyəti önəm daşıyır".
A.Kərimli eyni zamanda hüquqi sənədlərdə Azərbaycan dilinin qaydalarına riayət edilməsinin zəruri olduğunu vurğulayıb. (Report)
11:34 05.02.2026
Oxunuş sayı: 496