Bəzi vəzifələr LƏĞV EDİLDİ
Azərbaycanda dövlət teatrlarında bədii rəhbər, baş rejissor və bu kimi bir sıra digər vəzifələr ləğv edilib.
Crossmedia.az xəbər verir ki, bu dəyişikliklər dövlət teatrlarının əsasnamələri, strukturu və ştat cədvəllərinin yenilənməsi əsasında baş verib.
Belə ki, hazırkı idarəetmə quruluşundakı mövcud baş rejissor, bədii rəhbər və digər buna bənzər vəzifələr ləğv edilib. Onların əvəzində isə Yaradıcılıq, Tərtibat, Maliyyə və Marketinq əsaslı şöbələrin yaradılıb.
16:30 26.01.2026
Oxunuş sayı: 508