"Sən güldən də gözəlsən” adlı konsert proqramı təqdim olunub
Yanvarın 16-da Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xor kollektivinin bəstəkar mahnılarından ibarət “Sən güldən də gözəlsən” adlı konsert proqramı təqdim olunub.
Crossmedia.az xəbər verir ki, konsertdə Azərbaycan bəstəkarlarının sevilən mahnıları xor ifasında səsləndirilib.
Proqramda yer alan əsərlərin əksəriyyəti Cahangir Cahangirov adına Xorun bədii rəhbəri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Təranə Yusifova tərəfindən işlənilib, bir qismi isə redaktə olunaraq müasir xor tələblərinə uyğunlaşdırılıb.
Konsertin konsertmeysteri Əməkdar artist Nərgiz Əliyeva, fortepianoda isə Arif Ağayev çıxış edib.
Konsert proqramında solo ifalarla Nəzakət Əliyeva, Zeynəb Nəcəfova, Aydan Hüseynzadə, Mədinə Səlimova, Ülkər Rüstəmova, Nurdan, Xəyal Qasımov, Rəvan Qacayev, Nihad Orucov, Məhəmməd İsmayıl Əliyev, Pərvin Səfərov, Elmin İbrahimov, Hüseyn Əliyev, Riyad Eyvazov və Orxan Nuriyev çıxış edənlər .
İfaçıların yüksək peşəkarlığı, əsərlərin emosional dərinliyi və ahəngdar səslənişi konsertə xüsusi ovqat qatıb.







22:55 16.01.2026
Oxunuş sayı: 1187