Anar "Təhminə"dən danışdı: "Bilsəydim yazardım"
Sosial şəbəkələrdə süni intellekt vasitəsilə canlandırılan "Beşmərtəbəli binanın altıncı mərtəbəsi" romanının qəhrəmanları Təhminə və Zaur çox böyük maraqla qarşılanıb. İnsanlar paylaşılan videonun şərh bölmələrində romanı yenidən müzakirəyə çıxarıblar. Maraqlıdır əgər roman nikbin sonluqla bitsə idi Təhminə və Zaur, həqiqətən, xoşbəxt ola bilərdilərmi?

Crossmedia.az məsələ ilə bağlı romanın müəllifi, Xalq yazıçısı Anar Rzayevlə əlaqə saxlayıb:
"Mənim o süni intellektlə yaranmış videodan xəbərim yoxdur deyə o barədə nəsə deyə bilmirəm. Evləndirsəydim xoşbəxt olardılarmı, bilmirəm. Bilsəydim yazardım. Nə yazmışamsa onu yazmışam".
Ayhan
10:15 13.01.2026
Oxunuş sayı: 1028